Rusiyalı turistlər yenə Türkiyəni seçir

Rusiyalı turistlərin Türkiyə ilə əlaqəsində məhdudiyyət olsa da

474003
Rusiyalı turistlər yenə Türkiyəni seçir

Rusiyalı turistlərin Türkiyə ilə əlaqəsində məhdudiyyət olsa da, müxtəlif səyahət agentliklərinin məlumatlarına görə, Türkiyə rusiyalı turistlər üçün yenə ən məşhur səyahət mərkəzi olma xüsusiyyətini qoruyur.

Rusiyanın tanınmış səyahət saytlarından biri olan “Momondo"nun yazdığına görə, yaxınlaşan tətil dövrü üçün Türkiyə rusiyalı turistlərin ən çox seçim etdiyi ilk 10 ölkədən biridir, şəhərlər arasında isə Antalya və İstanbul xüsusi yer tutur.

Ölkənin ən məşhur bilet saytlarından biri olan “tutu.ru" da səyahət baxımından ən çox seçilən Türkiyə şəhərlərinin seçildiyini və bu sırada İstanbulun dördüncü olduğunu bildirib.

Bir başqa Rusiya səyahət şirkəti “OneTwoTrip"in məlumatına görə isə rusiyalı turistlərin ən çox maraq göstərdiyi səyahət mərkəzləri arasında Antalya 3-cü, İstanbul 5-ci, Atatürk hava limanı isə ən çox enilən hava limanı siyahısında 5-6-ci sıralardadır, Türkiyə Hava Yolları ən çox seçilən hava yolu şirkətidir.



Әlaqәli Xәbәrlәr