Bağdadda qanlı hadisǝ,11 nǝfǝr ölüb

İraqın paytaxtı Bağdadda hǝyata keçirilǝn hücumda 11 nǝfǝr hǝyatını itirib, 19-u yaralanıb.

464278
Bağdadda qanlı hadisǝ,11 nǝfǝr ölüb

Təhlükəsizlik mǝnbǝlǝrindǝn ǝldǝ edilǝn məlumata görə, bir komikadze bomba ilǝ tǝchiz edilmiş avtomobili Bağdadın şimal-şərqində yerlǝşǝn Əl-Meşahidǝ bölgəsində partlatması nəticəsində 5 nəfər ölüb, 11 nǝfǝr dǝ yaralanıb.

Bağdadın şimalındakı Əl-Musenna körpüsü yaxınlığında beynəlxalq koalisiya və hökumətin nǝzarǝtindǝ olan bölgədə hǝyata keçirilǝn hücumda isə 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Qanlı hadisǝlǝrǝ görǝ mǝsuliyyǝti üzǝrinǝ götürǝn olmayıb.



Әlaqәli Xәbәrlәr