Pakistanda tǝbii fǝlakǝt

Pakistanda musson yağışlarının yağması sǝbǝbindǝn sel və torpaq sürüşmǝsində həyatını itirənlərin sayı 42-ǝ çatıb.

450339
Pakistanda tǝbii fǝlakǝt

Beş gündür həddindən artıq yağıntılar səbəbindǝn 70 adam da yaralanıb.

Ən çox ziyan görən Bəlucistan və Hayber əyalətlərində, 75 ev yararsız hala düşüb.

Ölǝnlərin çoxu, buralardakı evlərin damlarının çökməsi nəticəsində hǝyatını iitirib .

Orakzay bölgəsində isə, torpaq sürüşməsi sǝbǝbindǝn bir kömür mədəni çöküb.

Hadisǝ zamanı işçilərdən 7-i ölüb, 10-u yaralanıb.

Qeyd edǝk ki, ölkədə keçən yaz musson yağışları nǝticǝsindǝ, ǝmǝlǝ gǝlǝn seldə, 81 nǝfǝr hǝyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr