Azanın qadağan edilmǝsi qanunu lǝğv edilib

İsraildə, "səs-küy" iddiasıyı ilǝ azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi, koalisiya üzvləri arasında razılaşdırılmadığından geri götürülüb.

445745
Azanın qadağan edilmǝsi qanunu lǝğv edilib

Haaretz qəzetinin xəbərinə görə, İsrail Qanunvericilik Komissiyasında dünən səs vermǝyǝ çıxarılması gözlənilən layihəni Məclisə təqdim edən millət vəkili Moti Yogev, hökuməti təşkil edǝn koalisiya partiyaları arasında razılaşdırılmadığı üçün geri götürdüyünü deyib.

İsraildəki 5 partiyalı koalisiyanın ikinci böyük qolu olan Yəhudi Evi partiyasının millət vəkili Yogev, layihə üzərində bəzi dəyişikliklər edərək hökumət üzvlərinin hamısının dəstəyini almağa çalışacaq.

İqtidar partiyası üzvlərinin də aralarında olduğu irqçi millət vəkilləri tərəfindən dəstəklənən və İsrail sərhədləri daxilindǝ 5 vaxt azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi, İsrail Məclisindəki Ərəb millət vəkilləri ilə insan hüquqları təşkilatlarının reaksiyasına sǝbǝb olub.



Әlaqәli Xәbәrlәr