Rusiya vǝ Əsǝd rejiminin hücumları davam edir

Suriyada hǝyata keçirilǝn müvəqqəti atəşkəsin ilk həftəsində Rusiya və Əsəd rejiminin müxaliflərə istiqamətli hücumlarında 75 nǝfǝr hǝyatını itirib.

445252
Rusiya vǝ Əsǝd rejiminin hücumları davam edir

Suriya İnsan Haqqları Şəbəkəsi atǝşkǝs razılaşmanın bir həftə ǝrzindǝ 216 dəfə pozulduğunu və 75 nǝfǝrin isǝ hücumlar nǝticǝsindǝ öldüyünü bildirib.

Suriyada qarşıdurmaların sonlandırılmasını nǝzǝrdǝ tutan atǝşkǝs razılaşmasının qüvvǝyǝ mindiyi 27 Fevraldan etibarən Əsəd qüvvələri və Rusiya, Lazkiye çölündəki Türkmendağı, Hǝlǝbin qərbi, İdlibin cənubu, Dǝmeşqin şərqindəki Quta çölü, Deranın mərkəz və qərb ǝrazilǝrindǝ atəşkəsi pozublar.

Yerli mǝnbǝlǝrdǝn ǝldǝ edilǝn mǝlumata görǝ, Lazkiye və Dera istisna olmaqla digǝr bölgələrdə yaşayış yerlǝri nisbətən daha az hədəf götürülüb. Bu sǝbǝblǝ dǝ hǝyatını itirǝn dinç sakinlǝrin sayında azalma olsa da mühasirəyǝ salınmış bölgǝlǝrǝ yardımlar çatdırıla bilmir.

Atəşkəsin ilk həftəsində mühasirə altındakı 18 bölgədən yalnız Dǝmeşqin Muaddamiyǝ rayonu ilǝ Şərqi Quta qǝsǝbǝsinin Kafr Batna kǝndinǝ humanitar yardım çatdırıla bilib.

BMT rǝsmisi Farhan Haq, Suriyada humanitar yardımların çatdırılması üçün sǝylǝrin davam etdiyini ancaq bəzi bölgələrdə rejimin buna maneǝ törǝtdiyini qeyd edib.


Etiketlәr: #Rusiya , #Əsǝd rejimi

Әlaqәli Xәbәrlәr