“Əmrləri qəbul etmirik”, M.Akıncı

"Güzelyurt, yoxsa sülh olmaz" sözlərinə Mustafa Akıncı “Əmrləri qəbul etmirik" deyə cavab verib.

444815
“Əmrləri qəbul etmirik”, M.Akıncı

Cənubi Kipr Respublikasından gələn "Güzelyurt, yoxsa sülh olmaz" sözlərinə Şimali Kipr (Kıbrıs) Türk Respublikasının (KKTC) prezidenti Mustafa Akıncı “Əmrləri qəbul etmirik" deyə cavab verib.

Adanın cənubunda may ayında ediləcək parlament seçkilərindən əvvəl, sülh müzakirələrinin getdiyi bir zamanda Cənubi Kiprdən mənfi şərhlər gəlir.

Şimali Kiprdə “Rəqabət Edə Bilirik" Forumunun açılışında ölkə prezidenti Mustafa Akıncı son aylar qarşı tərəfin Cənubi Kipr mətbuatında əks olunan fikirlərini ciddi şəkildə tənqid edib.

Akıncı Güzelyurta (Morphou) qoyulan investisiyalardan qıcıqlanan Cənubi Kiprə 2004-cü il referendumunu xatırladaraq deyib: "Əgər o referendumda doğru-dürüst bir qərar verilsəydi, Şimali Kiprin türk xalqının 65 faiz səsinə qarşı 75 faiz “əleyhinə" cavabı çıxmasaydı, bu gün çox fərqli bir mühitdə və həmişə birlikdə ola bilərdik" deyib.

Kipr müzakirələrini mətbuat üzərindən etmək istəmədiklərini bildirən Akıncı söyləyib: “Torpaq məsələsinin ən son qərarı iki tərəfin ortaq qərarıdır".



Әlaqәli Xәbәrlәr