Atǝşkǝs qǝrarı münaqişələrin qarşısını tamamilǝ ala bilmǝdi

Suriyada 5 ildǝn sonra qǝbul edilǝn atəşkǝs qǝrarı artıq dörd gündür qüvvǝdǝdir.

441823
Atǝşkǝs qǝrarı münaqişələrin qarşısını tamamilǝ ala bilmǝdi

Suriyada 5 ildǝn sonra qǝbul edilǝn atəşkǝs qǝrarı artıq dörd gündür qüvvǝdǝdir.

Hǝr an pozulma tǝhlükǝsilǝ qarşı-qarşıya olan atǝşkǝs mövcud münaqişələrin qarşısını tamamilǝ ala bilmǝdi.

BMT-nin Baş katibi Pan Gi Mun atəşkəsin baş verǝn bir sıra hadisǝlǝri çıxmaqla ümumilikdǝ tətbiq olunduğunu bildirib.

Baş katib Beynəlxalq Suriya Dəstək Qrupunun qǝbul edilǝn atǝşkǝs qǝrarının davam etmǝsi və pozuntu hallarının qarşısının alınması üçün sǝylǝrin davam etdiyini vurğulayıb.

Cenevrədəki Suriya danışıqlarının martın 7-dǝ başlayacağını xatırladan Baş katib Suriyada döyüşən tərəfləri verdiklǝri sözləri yerinə yetirməyə çağırıb.

ABŞ Dövlət katibi Con Kerri də Əsəd rejiminin müqaviləyə baxmayaraq, mühasirə altındakı bölgələrə gedən bəzi humanitar yardımları mane olmasına reaksiya göstərib vǝ deyib ki, ǝn azından bir qǝdǝr ǝxlaqlı rǝftar etmǝyi tǝcrübǝ edin.

Dövlǝt Departamentinin sözçüsü Con Kirbi isə bütün tərəfləri qǝbul edilǝn müqaviləyə tamamilǝ əməl etməyə çağırıb.

Kirbi Vaşinqton rəhbərliyinin məqsədinin Suriyada federal dövlət qurulması olmadığını, ancaq mǝsǝlǝyǝ siyasi hǝll yolu axtarışlarının uğurlu olmaması qarşısında başqa seçimlǝrlǝ ǝlaqǝli fǝaliyyǝtlǝrin davam etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr