Homs şǝhǝrindǝ bombalı hücum:46 nǝfǝr ölüb

Suriyanın Homs şəhərində bomba ilǝ tǝchiz edilmiş iki avtomobil partladılıb.

436642
Homs şǝhǝrindǝ bombalı hücum:46 nǝfǝr ölüb

Homsun Zəhra səmtində törǝdilǝn hadisǝdǝ 46 nǝfǝr hǝyatını itirib. Onlarla insan yaralanıb.

İngiltərə mərkəzli Suriya İnsan Haqqları Müşahidǝ bürosunun mǝlumatına görǝ hadisǝdǝ həyatını itirənlərdǝn 28-i dinç ǝhalidir. Ölü sayının artacağı proqnozlaşır. Böyük miqyasda maddi ziyan yaranmasına da sǝbǝb olan hücuma görǝ mǝsuliyyǝti üzǝrinǝ götürǝn olmayıb.

Xatırladaq ki, Zəhra səmtindǝ ötǝn ay terror təşkilatı DEAŞ tərəfindən hǝyata keçirilǝn komikadze hücumunda 22 nǝfǝr hǝyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr