Bakıda Ankara şəhidləri yad edilib

Bu gün Azərbaycanın paytaxtı Bakıda Türkiyə üçün həmrəylik yürüşü olub.

435943
Bakıda Ankara şəhidləri yad edilib

Gənclər və idman idarələri, ictimai birlik və tələbə gənclər təşkilatlarının nümayəndələri Türkiyə paytaxtı Ankarada baş vermiş terror aktında ölənlərin xatirəsini yad etmək məqsədilə Türkiyənin Bakıdakı səfirliyinin qarşısına toplaşıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, anma mərasimi Nazirlik, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Gənclər səfirliyin önünə gül dəstələri qoyub, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər. Gənclər Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər. (Mənbə: turkustan.info)



Әlaqәli Xәbәrlәr