Suriyanın şimalında qarşıdurmalar davam edir

Hələbin şimalında yerləşən və müxalifǝtin nəzarətindəki Mare bölgǝsinin ǝlǝ keçirilmǝsi üçün cǝhd göstǝrilir.

435294
Suriyanın şimalında qarşıdurmalar davam edir

Hələbin şimalında yerləşən və müxalifǝtin nəzarətindəki Mare bölgǝsinin ǝlǝ keçirilmǝsi üçün cǝhd göstǝrilir.

Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD qərbdən, DEAŞ isə şərqdən bölgǝyǝ hücum edir.

Azad Suriya Ordusu da Mare rayonunu təslim etməmək üçün PYD-yǝ bağlı qüvvələr ilə mübarizəni davam etdirir.

Müxalifətin nəzarətindəki digər bir qǝsǝbǝ isə Azezdir.

Rusiya Azezdǝ terror təşkilatı PYD-nin silahlı qolu YPG-yǝ irəliləməsi üçün havadan dəstək verir.

Minniğ hava limanı və Tel Rıfat isə Rus bombardmanı nəticəsində PYD-nin əlinə keçib.

PYD-nin indiki hədəfi ise Tel Rıfatın şərqindəki müxaliflərin əlindəki Şeyx İsa kəndi üzərindən Mare istiqamǝtindǝ irǝlilǝmǝkdir.

Mare dünən iki tərəfdən də hücuma məruz qalıb, ancaq müxaliflər hücumları oturdub.

Digər tərəfdən “Sərhədsiz həkimlər" təşkilatı Suriyadakı humanitar faciəyə dair hesabat hazırlayıb.

Hesabata görə, Suriyadakı müharibədə bu günə qədər 76 mini mülki 260 mindən çox insan ölüb.

Hücumlarda zərər çəkənlərin təxminən 40 faizini isə qadınlar və uşaqlar təşkil edir.

Hesabat təşkilat tərəfindən idarə olunan bir xəstəxanada, hǝftǝnin ǝvvǝlindǝ Rus hava hücumu nǝticǝsindǝ 25 nəfərin ölməsindǝn sonra yayımlanıb.



Әlaqәli Xәbәrlәr