Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarıldı

Məlumat Gürcüstan Dövlət Aparatından verilib.

400735
Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarıldı

  Qərar Mixail Saakaşvili başqa bir ölkənin vətəndaşlığına keçdiyi üçün Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən imzalanıb.

  Eks prezident Saakaşvili məsələyə soyuq yanaşıb, əksinə, Ukrayna vətəndaşlığından məmnunluğunu dilə gətirib, verilən qərara etiraz etməyəcəyini bildirib, eyni zamanda: “Bir gün mütləq Gürcüstan vatandaşlığımı geri alacağam" deyib.

  Qeyd edək ki, M.Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstan dövlətinin başçısı olub. 2013-cü il seçkilərindən sonra ölkə prezidenti Georgi Marqvelaşvilidir. Saakaşvili isə may ayında Ukrayna vətəndaşlığına keçib və Odessaya Vali olaraq təyin edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr