Həm Türkiyə, həm Rusiya əlaqələrinə çox diqqətlə yanaşır

Əhməd Davudoğlu dekabrın 15-də Bolqarıstana səfər edəcək.

401275
Həm Türkiyə, həm Rusiya əlaqələrinə çox diqqətlə yanaşır

  Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bolqarıstan Baş naziri Boyko Borisovla telefonla danışıb. Hər iki nazir sərhəd təhlükəsizliyi və Türkiyənin Avropa İttifaqı ilə bağlı məsələlərə toxunublar.

  Bu arada Bolqarıstanda televiziya ilə çıxışı zamanı Boyko Borisov Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya tərəfindən gərginləşən böhrana tərəfdar olmadığını da vurğulayıb.

  Bolqarıstanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinə çox diqqətlə yanaşdığını söyləyən Borisov tarixi və mədəni bağlantılarına görə, hər iki ölkəyə böyük əhəmiyyət verdiyini bildirib.

  Rusiyanın Bolqarıstana qarşı təxribat törətmədiyinə toxunan Borisov deyib: “Ruslar Bolqarıstanın NATO və Avropa İttifaqı ilə təhlükəsiz cavab qaydaları əsasında çalışdıqlarını və hər cür təxribatdan uzaq durduğunu bilirlər”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr