Pakistanda zavod Faciǝsi

Sandar sənaye rayonunda yerləşən polietilen paketlər istehsalı fabrikində baş verǝn qǝzadan sonra başladılan xilasetmǝ işlǝri davam edir.

363379
Pakistanda zavod Faciǝsi

Pakistanın şərqində yerləşən Lahor şəhərində zavodun dam örtüyünün uçması nəticəsində 18 nəfər hǝyatını itirib, 75 nəfərdən çox insan yaralanıb. Təqribən 100 nəfər insan isə dağıntılar altında qalmaqdadır.
Hadisə baş verən anda 3 mərtəbəli fabrikdə təxminən 150-yə yaxın insan olub.
Hazırda ərazidə xilasetmə işləri aparılır. Ölənlərin sayının artacağı istisna edilmir.
Qəza Sandar sənaye rayonunda yerləşən polietilen paketlər istehsalı fabrikində baş verib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr