Ermǝnistanda hakimiyyǝt ǝleyhdarı mitinqlǝr davam edir
Ermənistanda bahalaşma və konstitusiya islahatlarına qarşı etirazların miqyası böyüyüb.
Müxalif qüvvələr dekabrda hakimiyyəti devirəcəklərini elan edirlər. Gümrüdə keçirilən aksiyadan sonra növbəti mitinq Vanadzor şəhərində olub.
"Yeni Ermənistan" qurtuluş hərəkatının Vanadzor şəhərində etiraz mitinqi keçirib. Dekabrın birində hökumətin əleyhinə vətəndaş itaətsizliyinə qarşı nümayiş nəzərdə tutulub. Bölgələrdə çoxlu narazı insanların yaşadığını nəzərə alan müxalifət imkanlı insanları paytaxt mitinqlərində iştirak üçün nəqliyyat təşkil etməyə çağırıb. Hakimiyyəti devirmək üçün əhali dekabrın birindən küçələrə çıxmalı, hüquqlarını tələb etməlidir. "Yeni Ermənistan qurtuluş hərəkatı" və "Yox" cəbhəsi arasında fikir ayrılığının olmadığını bildirən müxalifət liderləri dekabrda yüz minlərlə insanın sıralarına qoşulacağını bildiriblər. Aksiyada polis və aksiyaçılar arasında qarşıdurma yaşanıb.
Әlaqәli Xәbәrlәr
Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verərək deyib ...