Yəməndə qarşıdurmalar artmaqda davam edir

Yəməndə oktyabır ayında Hadi tərəfdarları ilə Hüsilər arasında baş verən toqquşmalarda 108 nəfər ölüb.

408095
Yəməndə qarşıdurmalar artmaqda davam edir

Hadi tərəfdarlarının ötən ay İbb şəhərində Hüsilərə qarşı təşkil etdikləri əməliyyat nəticəsində 98 Hüsi silahlısı, 10 nəfər də Hadi tərəfdarı həyatını itirib.
İbb şəhərindəki Prezident Abdurabbu Mənsur Hadi tərəfdarı Xalq Müqaviməti Qüvvələrindən verilən məlumata görə, qaşıdurmalar nəticəsində Husilərdən 50, Hadi tərəfdarlarından isə 9 nəfər yaralanıb.
Qeyd edək ki, Hüsilər ilə hakimiyyət qüvvələri arasındakı münaqişələr ölkənin müxtəlif şəhərlərində davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr