Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılacaq

Gürcüstan Ədliyyə Nazirliyi eks prezident Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarılması məsələsini ortaya qoyub.

360700
  Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılacaq

  Ədliyyə Nazirliyində təşkil edilən mətbuat konfransında Gürcüstanın Ədliyyə naziri Tea Tsulukiani bildirib: “Konstitusiyanın 12-ci maddəsinə görə, Gürcüstanda ikili vətəndaşlıq haqqı yoxdur. Bu səbəbdən Ukraynanın Odessa valisi və Gürcüstanın əvvəlki prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarılması ilə bağlı 23 oktyabrdan əməliyyata başlanılıb. Saakaşvili vətəndaşlıqlardan birini seçmək məcbuiriyyətindədir.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr