Suriyanın taleyi Suriyasız müzakirə edildi

Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirləri Suriyanın gələcəyini müzakirə etmək üçün Vyanada bir araya gəliblər.

398182
Suriyanın taleyi Suriyasız müzakirə edildi

  Görüşdən sonra ABŞ Dövlət katibi Con Keri (John Kerry) toplantının məhsuldar keçdiyini və Suriya müharibəsinin dinamikasını dəyişdirmək üçün bəzi fikirlərin ortaya çıxdığını deyib.

  Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Bəşər Əsədin gələcəyinə Suriya xalqının qərar verməsi lazım olduğunu təkrarlayıb. Lavrov Suriyanın taleyilə bağlı bundan sonra ediləcək yığıncaqlara İran və Misirin də dəvət edilməsini lazım bilib.

  Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr Rusiya ilə Əsədin siyasi gələcəyi mövzusunda fikir ayrılıqlarının davam etdiyini, ancaq danışıqlara davam edəcəklərini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr