Kipr adasına "Sülh Suyu" gəldi

Türkiyə "yavru vətən" Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) ən böyük çətinliklərindən biri olan təmiz su təminatı ilə əlaqədar yaranan əsrin layihəsini başa çatdırdı.

392907
Kipr adasına "Sülh Suyu" gəldi


"Sülh Suyu" kimi də adlandırılan, Torosların suyunu Aralıq Dənizinin altından adaya gətirən boru xətti  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş Naziri Əhməd Davudoğlunun qatılacağı mərasimlə işə başladı.

İnvestisiya dəyəri 1.6 milyard türk lirəsi olan layihədə Anamur-Draqon Çayı üzərində inşa edilən Alaköprü Bəndindən illik 75 milyon kubmetr su Şimali Kiprə borularla çatdırılacaq. Bunun 38 milyon kubmetri içməli su, 37 milyon kubmetri isə kənd təsərrüfatı işlərində istifadə ediləcək. Aparılan kəşfiyyatlara görə daşınacaq su 2050-ci ilə qədər respublikanın ehtiyacını ödəyəcək.

Layihənin "Sülh Suyu" adlandırılmasının ən əsas səbəbi isə suyun Türkiyə və Kuzey Kibrıs hökumətlərinin qərarı ilə tələbatın olduğu halda Rum hissəsinə də verilə bilməsidir.


Adanın Rum hissəsi isə layihə ilə əlaqədar narahatlıq keçirir. Rum mətbuatında suyun sülh danışıqlarında Türk tərəfini gücləndirəcəyi barədə çıxan xəbərlərdə türk respublikasının kənd təsərrüfatında da bu sudan istifadənin adada tarazlıqları poza biləcəyi ifadə edildi.

Rum Haravgi qəzetində çıxan xəbərdə Rum Fermerlər İttifaqının (EKA)  Türkiyədən Şimali Kiprə su gətirilməsi layihəsinin Güzelyurt və Mesaryada kənd təsərrüfatı və heyvandarlığı inkişaf etdirərək buradakı ərazinin qiymətini qaldıracağına dair narahatlıqları yer aldı.

Rum Politis qəzeti də hər nə qədər bu məsələdə müsbət yanaşmalar nümayiş etdirsə də, məsələnin siyasi yönünün fərqli şərhə malik olduğunu yazdı. Xəbərdə Türkiyənin "sülh suyu" hesab etdiyi layihənin adanın Rum kəsiminin milli maraqları nöqteyi-nəzərindən mənfi bir hadisə olduğu vurğulandı.

Türkiyə üçün isə prioritet məsələ adada hərtərəfli həll yolunun təmin edilməsidir. Sülh danışıqlarının sürətləndiyi bir dövrdə suyun adaya gəlməsi büyük əhəmiyyət daşıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan"20 İyul Sülh və Azadlıq Bayramı" münasibətilə keçirilən mərasimdə bunu açıq şəkildə söyləmişdi. Ərdoğan bütün adanın su probleminin aradan qaldırılmasının tələb olunduğunu qeyd edərək: "Su həyatdır və bu su yalnız azadlıq deyil, eyni zamanda, sülh suyu olacaq. Bu layihə Türkiyə ilə Kuzey Kıbrısın arasındakı birlik və həmrəyliyə töhvə olacaqdır. Suyun bütün adaya həyat verməsini arzulayırıq. Suyun daşlaşmış ürəklərə də yol tapmasını arzu edirik" deyə danışmışdı.

Nəhəng investisiya 4 ildə tamamlandı.

Türkiyədən Kiprə kəmərlərlə su gətirilməsi layihəsi Prezident Ərdoğanın Baş Nazir olduğu 2011-ci ildə Mersinin Dragos Çayı üzərində Alaköprü Su Anbarının təməlqoyma mərasimində başladı.

Dünyada ilk dəfə tətbiq olunan dəniz boru xətti ilə adanı su ilə təmin edəcək layihə çərçivəsində 107 km boru xətti, 2 su anbarı, 2 iş mərkəzi inşa edildi.

1.6 milyard türk lirəsinə başa gələn layihədə borular dəniz səthində gəmilər vasitəsilə birləşdirildikdən sonra dəniz suyu ilə doldurularaq dəniz dibinə batırıldı.

Türkiyə ilə Şimali Kipr arasında 80 kilometrlik  asqılı boru sistemi quruldu. Borular dənizin 250 metr altında üzgəclər ilə bağlandı və ilk su axını keçən ay adaya çatdı. Boruların daxilindəki duzlu dəniz suyunun boşaldılması prosesi də bir neçə gün əvvəl yekunlaşdı. Türkiyədən gələn su təmizləyici filtrlərdən keçdikdən sonra Dövlət Su İşləri tərəfindən (DS) adanın şimalında inşa olunan Geçitköy Bəndinə boşaldılmağa başlandı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr