Məkkədə növbəti faciə

Həyatını itirənlərin sayı 450 nəfərə yüksəlib

353668
Məkkədə növbəti faciə

Səudiyyə Ərəbistanının Məkkə şəhəri yaxınlığındakı Mina dağında yaranan qarışıqlıq nəticəsində həyatını itirənlərin sayı 450 nəfərə yüksəlib. Hadisədə 700-dən çox adam yaralanıb. Yaralılar arasında Türklərin də olduğu bildirilir. Qarışıqlığın, daha çox afrikalı müsəlmanların olduğu bölgədə baş verdiyi bildirilir.
Məkkədə olan Diyanət İşləri Rəhbəri Mehmet Görmez fövqəladə yığıncaq keçirib. Səlahiyyətlilər, ölənlər arasında Türk vətəndaşlarının olmadığını düşünür.
Bu arada prezident Rəcəb Tayyib Ərdoğan, faciədən kədərləndiyini bildirərək “bütün müsəlmanlara baş sağlığı verirəm” deyə vurğulayıb.
Xatırladaq ki, Kəbədə Sentyabrın 11-də yağış və fırtına səbəbiylə qaldırıcı kranın aşması nəticəsində 107 nəfər həyatını itirmişdi.
Bölgədə hələ də 2 milyondan çox müsəlman var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr