Abdurabbu Mənsur Hadi ölkəsinə geri qayıdıb

Yəmən Prezidenti Abdurabbu Mənsur Hadi, 6 aydan sonra ölkəsinə geri qayıdıb.

353126
Abdurabbu Mənsur Hadi ölkəsinə geri qayıdıb

Prezident Hadi, xalq qüvvələrinin nəzarətindəki Ədən şəhərinə gəlib.
Qeyd edək ki, Hadinin ölkə rəsmiləri ilə görüş keçirməsi gözlənilir.
Xatırladak ki, ölkədə Hüsilerin həyata keçirdiyi hücumlar səbəbiylə Mənsur Hadi Səudiyyə Ərəbistanına qaçmışdı.
Hadinin ölkəni tərk etdiyi gün isə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməndə Hüsilərə qarşı havadan əməliyyatlara başlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr