İtaliyanın əvvəlki Baş nazirinə Ukraynaya girmə qadağası

Ukraynaya bağlı ikən Rusiyanın işğal etdiyi Krım bölgəsinə Rusiya prezidenti Vladimir Putinlə səfər edən Silvio Berluskoni Kiyev rəhbərliyi tərəfindən qara siyahıya salınıb və ona 3 il bu ölkəyə daxil olmağa qadağa qoyulub.

351508
İtaliyanın əvvəlki Baş nazirinə Ukraynaya girmə qadağası

  Berluskoni yaxın dostu Putinlə birlikdə keçən həftə Krıma getmiş, İtaliya qəbiristanlığı da daxil olmaqla müxtəlif tarixi yerləri gəzmişdi.

  Müxalifət qolunda olan Haydi İtaliya partiyasının lideri Berluskoni Krım səfərini "fərdi bir gəzinti" adlandırsa da, Ukrayna mövqeyindən geri çəkilməyib, bu səfəri Ukraynanın milli suverenliyinə hörmətsizlik kimi qəbul edib.

  Ukrayna Milli Təhlükəsizlik Şurasının İtaliya mətbuatında yer alan açıqlamasında yazılır: “Ukrayna bu səfərdən xəbərdar edilməyib. Berluskoni bu hərəkətiylə Avropa İttifaqı siyasətini və işğal altındakı torpaqlara girişlə bağlı normaları pozub”.

  İtaliya mətbuatındakı xəbərlərə görə, “Ukrayna Berluskoni ilə yanaşı 34 xarici jurnalisti də qara siyahıya alaraq ölkəyə girişlərini müxtəlif müddətlərlə yasaqlayıb. Bunların arasında Rusiya, İngiltərə, Almaniya, İspaniya və İsveçrə vətəndaşları da var.”

  Qeyd edək ki, Rusiyanın Krımı işğalı Avropa İttifaqı, NATO və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatlar tərəfindən mənfi qarşılanmış, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiya qərarı vermişdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr