Azǝrbaycanlı iş adamı öldürülüb

Azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

377602
Azǝrbaycanlı iş adamı öldürülüb

Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.   Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

N.Nǝsibov 1988-96   illǝrdǝ   Luqansk vilayǝt Administrasiyasında  yüksǝk vǝzifǝ tutub.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr