Genişlənməkdə olan nəhəng çuxur əhalini qorxudur

Rusiyada bir qəsəbənin tam ortasında yerləşən çuxur (obruk) gün-gündən genişlənməkdədir.

374826
Genişlənməkdə olan nəhəng çuxur əhalini qorxudur

  Solikamskda mədən işçiləri tərəfindən sezilən nəhəng dəliyin genişliyi 30 metrdən 120 metrə çatıb.

  Çuxurun yaxınlığındakı camaat bütün qəsəbənin bir gün yerin altında qalacağından narahatdır. Səlahiyyətlilər isə onun bölgə sakinləri üçün hər hansı bir təhlükə törətməyəcəyini bildiriblər.

  Xatırladaq ki, bu nəhəng çuxur keçən ilin noyabr ayından diqqət çəkib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr