Yunanıstanda keçid hökumətinin Baş naziri Vasilika Tanu

Yunanıstan prezidenti Prokopis Pavlopulosun müvəqqəti hökumətə Baş nazir təyin etdiyi Ali Məhkəmə sədri, 65 yaşlı Vasilika Tanu Xristofilu Prezident iqamətgahında ölkə başçısı qarşısında təşkil edilən mərasimdə and içərək yeni vəzifəsinə başlayıb.

370597
Yunanıstanda keçid hökumətinin Baş naziri Vasilika Tanu

  Müvəqqəti hökumətdə yer alacaq 16 nəfərlik Kabinet bu gün açıqlanacaq.

  Qeyd edək ki, Yunanıstanın 1974-cü ildə demokratiyaya keçidindən bu yana 16-cı Baş naziri sayılan Tanu 2014-cü ildə Ali Məhkəmə sədrinin müavini vəzifəsinə təyin edilib.

  Nəzərə çatdıraq ki, İyul ayından Nazirlər Kabinetinin qərarı ilə Ali Məhkəmənin sədri olan Tanu memorandumlara qarşı fikirləriylə tanınır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr