Ukrayna-Rusiya arasında əsir mübadiləsi

Atəşkəsin təmin edilə bilmədiyi Ukraynanın şərqində Rusiya tərəfdarları ilə hökumət qüvvələri arasında qarşılıqlı əsir dəyişməsi edilib.

370596
Ukrayna-Rusiya arasında əsir mübadiləsi

  Əsirlər dəyişmə yerinə kiçik avtobuslarla gətirilib və qarşılıqlı olaraq 24 əsir dəyişdirilib.

  Xatırladaq ki, Ukrayna hökuməti ilə separatçılar arasında fevral ayında Belarusiyanın paytaxtı Minskdə Atəşkəs müqaviləsi imzalanmış, ağır silahların geri çəkilməsi, neytral bölgə yaradılması və əsir mübadiləsi mövzularında uzlaşma təmin edilmişdi. Amma Minsk Atəşkəs müqaviləsinə baxmayaraq, Ukraynanın şərqində hələ də silahlar yerə qoyulmayıb, qarşıdurmalar davam edir. Elə Donetsk bölgəsində yaşanan son ağır qarşıdurmalarda 7 Ukrayna hərbçisi həyatını itirib, 13-ü yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr