Suriyanın Haseki şəhərindən DAEŞ tamamilə təmizləndi

Suriya ordusu və kürd qrupları DEAŞ-ın əlində olan Zuhur bölgəsini də alaraq şəhərin idarəsini tamamilə ələ keçiriblər.

305537
Suriyanın Haseki şəhərindən DAEŞ tamamilə təmizləndi

  25 iyundan bəri şəhər ətrafında yaşanan qarşıdurmalarda 120 əsgər həyatını itirib, 300-ə yaxın terrorçu öldürülüb.

  Bir neçə gündür mühasirə altında qalan şəhəri tərk edən DEAŞ şəhərin cənubuna itələnib. Amma şəhəri tərk edərkən terrorçular əsas yerlərə minlərlə mina döşəyib-gediblər.

  Dünən gecə koalisiya gücləri Suriya və İraqdakı DEAŞ hədəflərinə 26 hava hücumu təşkil edib. Suriyada Haseki başda olmaqla Hələb və Kobani, İraqda isə Mosul, Sincar və Telaferdəki DEAŞ hədəfləri bombardmana tutulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr