Yunanıstanda banklar iyulun 20-sindən açılır

Yunanıstanda iki həftədən çox bağlı qalan banklar artıq iyulun 20-sindən açılacaq. Amma bankomatlardan gündəlik limit olaraq ancaq 60 avro çəkmək mümkün olacaq.

381399
Yunanıstanda banklar iyulun 20-sindən açılır

  Qeyd edək ki, Yunanıstan Avropa Mərkəzi Bankının Təcili Likvidlik Dəstəyini sabit tutmaq və ölkədə maliyyə çöküşü yaratmamaq üçün 29 iyundan bu yana bankların qapılarını bağladaraq sərmayə planlarının tətbiqinə başlamışdı.

  Bunu da yada salaq ki, avro bölgəsinin maliyyə nazirləri "Yunanıstanı qurtarma paketi" adı altında etdikləri telekonfransda Yunanıstana 7 milyard avroluq "körpü kredit" verilməsinə qərar veriblər. Avropa İttifaqı ölkələrinin bu qərarı dəstəkləməsi gözlənilir.

  Hal-hazırda avro bölgəsi liderləri Yunanıstanı iflasdan xilas və avroda qalmasını təmin etmək üçün razılaşdıqları qurtarma paketi xəttilə banklara 25 milyard avroluq mənbə axtarışındadırlar və bu yolda yunan xalqının da maliyyə haqqlarının bir az azalacağını bildiriblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr