Ayaqüstə dayanmalarını təmin edəcək maliyyə yardımı

Avro qrupu liderlərinin 17 saat davam edən sammitindən sonra “Yunanıstana üçüncü qurtarma paketi” razılaşması yekdilliklə qəbul edilib.

379810
Ayaqüstə dayanmalarını təmin edəcək maliyyə yardımı

  Yunanıstanın 86 milyard avroluq qurtarma paketi qarşılığında prioritetli olaraq ciddi hüquqi islahatlar etməsi nəzərdə tutulur. Bu çərçivədə Yunanıstan vergiləri artırmalı, ictimai xərcləmələrə qənaət etməli, təqaüd və özəlləşdirmə sistemlərində tənzimləmələr etməlidir.

  50 milyard avroluq özəlləşdirmə fondunun nəzarəti də tamamilə Avropa İttifaqında olacaq.

  Yunanıstan Baş naziri Aleksis Tsipras 6 ay ərzində çətin bir mübarizə verdiklərini və öz ayaqları üzərində dayanmalarını təmin edəcək maliyyə yardımı almağı bacardıqlarını deyib. Zor qərarlarla qarşı-qarşıya qaldıqlarının vurğulayan Tsipras razılaşmanın gətirəcəyi yükü ictimai ədalət tərəzisində paylaşacaqlarını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr