Müxaliflərin "Hələb" əməliyyatı başlayıb

Suriyada müxaliflər "Hələbin fəthi" adı altında böyük bir əməliyyata başlayıb.

329794
Müxaliflərin "Hələb" əməliyyatı başlayıb

Suriyada müxaliflər Hələbi Əsəd qüvvələrinin nəzarətindən tamamilə almaq üçün "Hələbin fəthi" adı altında böyük bir əməliyyata başlayıb.
Müxalif qüvvələr əməliyyat zamanı Hələbin Cəmiyyət əz-Zəhra məhəlləsindəki strateji bölgələrlə rejim qüvvələrinə aid bəzi hərbi məntəqələrin idarəçiliyini ələ keçirib. Müxalif qruplar rejim qüvvələrinə aid tankla çoxlu sayda hərbi texnikanı da məhv ediblər.
Bu arada ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon terror təşkilatı DEAŞ-ın uzun müddətdən bəri axtarışında olduqları liderlərindən Tarıkbin Tahar Əl-Avni Əl-Harzinin iyunun 16-da Suriyada təşkil olunan hava əməliyyatında öldürüldüyünü bildirib. Harzinin ölümünün təşkilata böyük bir zərbə olduğu deyilir. Pentaqondan verilən məlumata görə Əl Harzi bir çox ölkədə təşkil edilən bombalı hücumların təşkilatçısı olub.
Amerika Birləşmiş Ştatları Harzi üçün 3 milyon dollar pul mükafatı təyin etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr