"Razılaşma alınmazsa, müzakirələri tərk edəcəyik", B.Obama

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İranın nüvə silahına giriş yollarını bağlayan bir razılaşma əldə edilməzsə, müzakirələri tərk edəcəklərini bildirib.

326902
"Razılaşma alınmazsa, müzakirələri tərk edəcəyik", B.Obama

  Braziliya prezidenti Dilma Roussefflə birlikdə Ağ Evdə olan mətbuat konfransında çıxışı zamanı Barak Obama Tehranın beynəlxalq qurumların şərtlərinə uymasını vacib hesab etdiyini söyləyib.

  İran prezidenti Həsən Ruhani də öz növbəsində “Qərb öz öhdəliklərini yerinə yetirməzsə, nüvə işlərinə yenidən davam edəcəyik” deyib.

  Müzakirələrdə son tarix 7 iyula uzadılıb.

  Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, “Danışıqların davamı üçün müsbət addımlar atılıb. İranın aşağı nisbətdə zənginləşdirilmiş uran ehtiyatları azaldılır”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr