Kobanidə qarşıdurmalar davam edir

Suriyanın Hələb tabeliyində olan Kobani (Ayn əl Ərəb) şəhər mərkəzində terror təşkilatı DEAŞ-la bəzi kürd qruplar arasındakı qarşıdurmalar davam edir.

320787
Kobanidə qarşıdurmalar davam edir

Suriyanın Hələb tabeliyində olan Kobani (Ayn əl Ərəb) şəhər mərkəzində terror təşkilatı DEAŞ-la bəzi kürd qruplar arasındakı qarşıdurmalar davam edir.
Suriya İnsan Haqqlarına Nəzarət İdarəsi təşkilatın 146 vətəndaşı raket hücumları və snayperdən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirib.
Kobanidə qarşıdurmalar davam etdiyi bir vaxtda ölkənin şimal-şərqində İraq və Türkiyə sərhədinə yaxın Haseki şəhərində də insanlar evlərini tərk etməyə başlayıb. DEAŞ-ın Haseki şəhərində törədilən hücumdan sonra 10 min nəfər şəhərdən qaçaraq Türkiyə sərhədinə yaxın Amuda qəsəbəsinə sığınıblar.
Birləşmiş Millətlər Təşkilatının Suriyadakı bürosu 50 min nəfərin evlərini tərk etdiyi, bu rəqəmin yaxın günlər ərzində 200 minə çatacağını açıqlayıb.
Bu arada dünəndən bu yana hücumlarda yaralanan və müalicə üçün Türkiyəyə gətiriləndə sayı 176 nəfər olub. Yaralılardan 6-sı edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Şanlıurfa şəhər mərkəzi xəstəxanasında müalicə alan 41 nəfərin vəziyyəti nəzarət altında saxlanılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr