Ən Nusranın Dürzi kəndinə hücumu

Hadisələr baş qaldırır

316418
Ən Nusranın  Dürzi kəndinə hücumu


Suriyada Ən Nusranın əvvəlki həftə bir Dürzi kəndinə hücumu vǝ 20 adamı öldürməsi sǝbib ilǝ hadisələr böyüyür.

Golan Təpələrinin İsrail işğalı altında qalan hissəsində arxa arxaya əməliyyatlar təşkil edǝn təhlükəsizlik qüvvəlǝri 10 Dürzîni nəzarətə aldı.

İsrail hərbi sözcüsü , Golan Təpələrində atəşkəs sərhədinə yaxınlaşan yaralı Suriyalıların müalicə siyasətində bir dəyişiklik olmadığını bildirdi, Suriyalılar Ən Nusra mənsubu olub olmadıqları mövzusunda isə məlumat vermədi.

Bölgədə boş hərbi Tǝcili yardımlara hücüm edilmǝdiyi, yalnız içində Suriyalı yaralıların olduğu Təcili yardımlar hədəf alındığına diqqət çəkən İsrailli səlahiyyətlilər, kəşfiyyatın olub olmadığını da araşdırır.

Golan təpələrində Dürziler, əvvəlki gün səhər saatlarında içində Suriyalılar olduğu bir hərbi təcili yardımın yolunu kəsmişlər, axşam saatlarında da bir başqa təcili yardıma hücum edib , içindəki Suriyalılardan birini öldürmüş, digər yaralılar da komaya girib.

İsrail mətbuatında yer alan iddialara görə, indiyə qədər radikal qruplara mənsub olanların da aralarında olduğu yüzlərlə Suriyalı müxalif, İsrail xəstəxanalarında müalicə edildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr