Suriyanın şimalındakı Kürd qüvvǝlǝr Rakka istiqamǝtindǝ irǝlilǝy
Rakkaya 50 km aralıqdakı bir qǝsǝbǝyǝ irǝlilǝyǝn kürdlǝr bir hǝrbi bazanı ǝlǝ keçirib.
Suriyanın şimalındakı Kürd qüvvǝlǝr terror tǝşkilatı DEAŞ-ın mǝrkǝzi Rakka istiqamǝtindǝ irǝlilǝyir.
Rakkaya 50 km aralıqdakı bir qǝsǝbǝyǝ irǝlilǝyǝn kürdlǝr bir hǝrbi bazanı ǝlǝ keçirib.
Ayn İssanın bir hissǝsini ǝlǝ keçirǝn Kürd qüvvǝlǝr irǝlilǝyişlǝrini davam etdirirlǝr.
Terror tǝşkilatı DEAŞ-ın mǝrkǝzi Rakka ilǝ Ayn İssa arasında başqa böyük yaşayış mǝrkǝzi yoxdur.
Digǝr tǝrǝfdǝn Pentaqon DEAŞ-a qarşı döyüşǝn suriyalı müxalifǝtǝ ayda 200-450 dollar ödǝndiyini açıqlayıb.
Pentaqon sözcüsü keçǝn hǝftǝ 200 müxalifǝt üzvünü tǝlim proqramına daxil etdiklǝrini, daha 1500 üzvün dǝ tǝlim keçǝcǝyini bildirib.
Sözçünün mǝlumatına ǝsasǝn bǝzilǝri tǝlim sahǝsini tǝrk edib.
Bu müxalifǝt üzvlǝrinin Әsǝd qüvvǝlǝrilǝ döyüşmǝmǝyǝ söz verǝn bir sǝnǝdi imzalamağı qǝbul etmǝyǝrǝk tǝlim keçmǝdiklǝri irǝli sürülüb.
Digǝr tǝrǝfdǝn İraqda da toqquşmalar davam edir.
İraq ordusu şiǝ könüllülǝrin dǝ yardımi lǝ Әnbar vilayǝtindǝ Huseybǝ qǝsǝbǝsindǝki DEAŞ terrorçularını geri oturdub.
Aprel ayında terror tǝşkilatı DEAŞ-dan xilas edilǝn Tikritdǝ isǝ gündǝlik hǝyat öz adi axarına qayıb.
Tikritdǝ gündǝlik hǝyatda normal şǝrait yaradılması mǝqsǝdilǝ fǝaliyyǝtlǝr davam edir.
Әlaqәli Xәbәrlәr
Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verərək deyib ...