Aparıcı və jurnalist Mansur Berlində həbs olundu

Misirdə haqqında 15 il ağırlaşdırılmış həbs cəzası verildiyi üçün Almaniyanın paytaxtı Berlinə gələn Əl-Cəzirə televiziyasının aparıcısı Əhməd Mansur tututlub.

312980
Aparıcı və jurnalist Mansur Berlində həbs olundu

  Mənsurun bu gün hakim qarşısına çıxması və haqqında olan ittihamlara cavab verməsi gözlənilir.

  Qeyd edək ki, Misirin Baş prokuroru Hişam Berakat Berlində həbs olunan Əhməd Mənsurun ölkəsinə təslim edilməsi üçün neçə vaxt idi ki, İnterpol və Almaniya rəsmilərinə məlumat göndərmişdi.

  Amma Beynəlxalq Mətbuat İnstitutu (IPI) Almaniya hökumətindən Berlində həbs olunan televiziya aparıcısı Əhməd Mənsurun sərbəst buraxılmasını tələb edir. İnstitutun İcraçı direktoru Barbara Trionfi etdiyi yazılı şərhdə Misirin indiki diktator rəhbərliyini tənqid edib, onun mətbuata təzyiqlərini artırdığını bildirib və jurnalist Əhməd Mənsurun tutulmasını ən təsirli ifadələrlə qınayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr