Rusiya tərəfdarları atəşkəsi saymır

Ukraynada atəşkəsə baxmayaraq, ordu hissələri ilə Rusiya tərəfdarları arasında çıxan qarşıdurmalarda 3 əsgər ölüb, 14-ü yaralanıb.

310125
Rusiya tərəfdarları atəşkəsi saymır

  Ukrayna rəsmiləri ölkənin şərqindəki vəziyyətin yenidən gərginləşdiyini, Mariupol və Donetsk yaxınlığında tez-tez qarşıdurma çıxdığını bildirib.

  Atəşkəsi saymayan Rusiya tərəfdarları, əksinə, ağır silahlarını cəbhə xəttinə geri gətirərərək təkcə bir gün (18.06.2015) içində atəşkəsi 79 dəfə pozublar.

  Ölkənin Şərq bölgəsindəki atəşkəs prosesini izləyən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT də vəziyyətin gərginləşdiyini və qarşıdurmaların arta biləcəyindən narahatlığını nəzərə çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr