Gürcüstanda sel fəlakətində ölənlərin sayı artır

Tibilisidә zooparkdan qaçan vәhşi heyvanlar axtarılır.

303897
Gürcüstanda sel fəlakətində ölənlərin sayı artır

Gürcü səlahiyyətlilər, bir tərəfdən sel fәlakәtinә qarşı tәdbirlәr hәyata keçirmәkdә davam edәrkәn, bir tərəfdən də Tibilisi zooparkından qaçan təhlükəli heyvanları tutmağa çalışırlar.
Tibilisidә hәyatı ifliç edәn sel fəlakətində yüzlərlə ev su altında qalıb.
Yollar və körpülәrә zәrәr dәyәn paytax şәhәrin böyük hissəsinə elektrik və su verilə bilmir.
24 nәfәrin dә itkin düşdüyü sel fәlakәtindәn әn çox zooparkın yerlәşdiyi bölgә tәsirlәnib. Әldә edilәn mәlumata әsasәn tәbii fәlakәt nәticәsindә hәyatını itirәnlәrin arasında zooparkın 3 işçisi dә var.
Zooparkdakı vәhşi heyvanlardan bir hissәsi isә tәlәf olarkәn, bir çox heyvan da qaçıb. Zooparkdan qaçan heyvanların arasında ayı, aslan, qurd və şimpanzelərin olduğu bildirilir.
Səlahiyyətlilər qaçan heyvanların sayının bilinmədiyini, bu sәbәbdәn xalqa evlәrindәn çıxmamaları haqda çağırış edirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr