Türkiyə, Yəmən xalqını yalnız buraxmır

Sabitlik və təhlükəsizliyin yenidən hakim qılınmasını arzu etməkdədir

290769
Türkiyə, Yəmən xalqını yalnız buraxmır

Türkiyə, Yəmən xalqını yalnız buraxmır.

Xarici İşlər Nazirliyi, Cibutidǝki Yəmənli sığınmacılara bir çox kömək çatdırıldığını və Türkiyənin bütün imkanlarıyla səfərbər olacağını bildirib.

Nazirlikdən verilǝn xǝbǝrdǝ , işlərin qanuni Yəmən orqanları və əlaqədar Birləşmiş Millətlər Təşkilatının quruluşlarıyla koordinasiya içində aparıldığı bildirilib.

Bu çərçivədə Cibutidǝki Yəmənli qaçqınlara ilk olaraq tibbi yardım , 4 ton ağırlığında dərman yardımı THY təyyarəsiylə Cibutiyǝ sövq edildiyi ifadə edilib.

Yaxın bir zamanda da bütün imkanlar istifadə edilərək, dəniz yolu ilə Yəməndəki ehtiyac sahiblərinə kömək vəsaiti çatdırılması planlaşdırılıbdığı qeyd edilib:

"Türkiyə, dost və qardaş ölkə Yəməndə , sabitlik və təhlükəsizliyin yenidən hakim qılınmasını arzu etməkdə, bu istiqamətdəki səyləri dəstəkləmǝkdǝdir. "



Etiketlәr:

Әlaqәli Xәbәrlәr