Yəməndə 5 günlük atəşkəs başladı

Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri tərəfindən 48 gün əvvəl başlanan hava hücumlarından sonra ilk dəfə olaraq atəşkəs tətbiq olunur.

272100
Yəməndə 5 günlük atəşkəs başladı

  Ensarullah hərəkatı olan Husilər və keçmiş prezident Əli Abdulla Saleh tərəfdarları daxil olmaqla bütün tərəflər humanist yardımların mənzil başına yetişməsi üçün qarşılıqlı razılaşmaya gəliblər. 5 günlük atəşkəs Yəmən yerli saatına görə gecə saat 23.00-dan etibarən qüvvədədir.

  Ancaq koalisiya güclərinə məxsus təyyarələr atəşkəsin başlanmasına təxminən yarım saat qalmış İbbdə Husilərə aid bölgələrə hava hücumları ediblər. Təyyarələr Husilərin qərargaha çevirdiyi Bin Laden turizm diyarı ilə təhlükəsizlik mərkəzini hədəfə alıblar.

  Halbuki Amerikanın Dövlət katibi Con Keri (John Kerry) və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cubeyr Yəməndə 12 maydan etibarən 5 günlük atəşkəs elan edildiyini açıqlamışdılar. Tərəflərin bundan sonra atəşkəsə nə dərəcədə əməl edib-etməyəcəkləri artıq sual altındadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr