Qırğızıstan Baş naziri istefa verib

“Baş nazir vəzifəsindən getməyi qərara almışam”

247403
Qırğızıstan Baş naziri istefa verib

Qırğızıstan Baş naziri Comart Otorbayev, istefa verib. Baş nazir istefa qərarını parlamentin iclasında açıqlayıb. Otorbayev millət vəkillərinə təşəkkür edərək, iqtidarın “özünə gəlməsi” üçün vəzifəsindən ayrıldığını deyib. Nazir çıxışında əvəzedilməz şəxsin olmadığını vurğulayaraq “Düşünürəm ki, bu gün icra hakimiyyətini yenidən silkələmək lazımdır. Baş nazir vəzifəsindən getməyi qərara almışam. Mənim istefa qərarım koalisiyaya daha qətiyyətli baş nazir seçmək imkanı verəcək. Bizim ölkəmizdə və sizin aranızda elə namizədlər var” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr