"Yermuk artıq ölüm düşərgəsinə bənzəməyə başlayıb"

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Moon söyləyib.

232663
"Yermuk artıq ölüm düşərgəsinə bənzəməyə başlayıb"

  Suriyada Dəməşq (Şam) yaxınlarında fələstinli qaçğınların sığındığı Yermuk düşərgəsinə yeni hücumlardan bəhs edən Baş katib deyib ki, “İki ildir mühasirə altında yaşayan 18 min fələstinli qaçqın və suriyalı indi də DEAŞ və ifratçı hərbiçilər tərəfindən girov alınıb. Yermuk qaçqın düşərgəsi ölüm düşərgəsinə bənzəməyə başlayıb".

  Ban Ki Moon “Qaçqınların 3.500-ü uşaqdır və onlardan canlı qalxan kimi istifadə edilir. Düşərgədə baş verənlər döyüş cinayətidir. Zülm söz ifadə edilə bilməz dərəcəyə yetişib” deyərək terrorçularla mübarizədə güc göstərə biləcək ölkələrə “qırğını dayandırın” çağırışı edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr