Cavad Zərif Yәmәn mәsәlәsi ilә bağlı Pakistanda sәfәrdәdir

Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya qüvvələrinin Yəməndə başlatdığı "Dayanıqlılıq Fırtınası Əməliyyatı" davam edir.

232077
Cavad Zərif Yәmәn mәsәlәsi ilә bağlı Pakistanda sәfәrdәdir

Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya qüvvələrinin Yəməndə başlatdığı "Dayanıqlılıq Fırtınası Əməliyyatı" davam edir.
Avia hücumlar davam edәrkәn, quruda da Husilər ilə prezident Hadiyә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.
Koalisiya qüvvәlәri, paytaxt Sanada, Husilərin nәzarәtindәki strateji mövqelәrә bomba yağdırarkәn Şebva şəhərində də, Hadi tәrәfdaşları ilә Husilər toqquşur.
Әldә edilәn mәlumata әsasәn, Koalisiya qüvvәlәrinin avia hücumunda, Şebva şəhərində, sabiq lider Əli Abdullah Saleh tәrәfdaşlarına mәxsus hərbi qәrargahdakı silah anbarları hәdәf götürülüb.
Dünya Sağlamlıq Təşkilatının hesabatına görә, Yəməndəki vətəndaş müharibəsində 640-dan çox adam hәyatını itirib, 2 min nәfәr dә yaralanıb.
Uşaq qurbanların sayı da hәr ötәn gün artır.
Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu UNICEF, hava əməliyyatlarında bir mәktәbin sәhvәn bombalanması nәticәsindә iki uşağının öldüyünü bildirib. Beləcə, qarşıdurmalarda ölən uşaq sayı, 75-i ötüb.
Digər tərəfdən, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, Yəmən məsələsini müzakirə etmәk üçün Omana etdiyi sәfәrdәn sonra Pakistana gedib.
İslamabadda Pakistan baş nazirinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr üzrә nümayәndәsi Sartaj Əziz ilə bir araya gәlәn Zərif, Yəməndə atəşkəsin təmin edilməsinin vә problemә siyasi hәll yolu tapılmasının vacibliyini vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr