İrandan Səudiyyə Ərəbistanına əməkdaşlıq çağırışı

İran Yəməndəki problemin həlli üçün Səudiyyə Ərəbistanına əməkdaşlıq təklifi edib.

290325
İrandan Səudiyyə Ərəbistanına əməkdaşlıq çağırışı

  İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdulla Yəməndə döyüşən bütün tərəfləri görüş masasına dəvət edərək "Yəmən böhranının həlli üçün İranla Səudiyyə Ərəbistanı bir araya gəlməlidir" deyib və Səudiyyə Ərəbistanının hücumlarını strateji səhv kimi qiymətləndirib.

  Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Səud Əl Faysal isə “Döyüşü biz başlamadıq” cavabını verib və “Yəməndə sabitlik yaradana qədər əməliyyatları davam etdirəcəyik” deyib.

  Pakistanın Müdafiə naziri Kavaca (Kavaja) Asif əməliyyata qatılıb-qatılmamaq mövzusuyla bağlı danışıqlar aparmaq üçün Riyada gedib.

  Qeyd edək ki, İran əməliyyatların başlanmasından bu yana ilk dəfə olaraq Yəmənə humanitar yardım göndərib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr