Mahmud Abbas: "İki dövlәtli hәll yolunu dәstәklәyirik"

Mahmud Abbas, İsrail işğalı sona çatmadan bölgədə gərginliyin bitməyəcəyini bildirib.

248597
Mahmud Abbas:  "İki dövlәtli hәll yolunu dәstәklәyirik"

Fələstin Dövlət Başçısı Mahmud Abbas, İsrail işğalı sona çatmadan bölgədə gərginliyin bitməyəcəyini bildirib.
Mahmud Abbas, Fələstin Qurtuluş Təşkilatının "әzmkarlıq və Xalq Müqaviməti" adı altında Ramallahda təşkil edilən növbәti Ümumi Şurasındakı çıxışında, İsrailin fələstinlilərə qarşı hüquq pozuntularına diqqәt çәkib.
"İsrail işğalı sona çatmasa bölgədə gərginlik davam edəcək. Müvəqqəti sərhədi qəbul etmədiyimiz kimi Yəhudi dövlətini də qəbul etmirik" deyib.

2014-cü ilin Aprel ayında dayandırılan sülh danışıqlarınin yenidәn başlaya bilmәsi, İsrailin Yəhudi yaşayış mәskәnlәr tikmә siyasәtindәn imtina etmәsi, əsirləri sərbəst buraxması və müzakirələrə qatılmasından asılıdır deyәn Fələstin Dövlət Başçısı, İsraili, Qüdsü Fələstinlilərdən təmizləmək üçün hüquq pozuntularını artıraraq davam etdirmәk, kilsələri yandırmaq və məscidlərə basqın etməkdә ittiham edib.
Bəzi Qərb ölkələrinin Fələstin Dövlətini tanımasının əhəmiyyətinә dә diqqәt çәkәn Mahmud Abbas, bütün ölkələri Fələstini tanımağa dəvət edib. Bu dәvәtin isә "İsraillə sülh görüşlərindәn qaçdığımız mənasını vermir" deyib. paytaxtı Şərqi Qüds olan 2 dövlətli həll yolunu qәbul etdiklәrini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr