"Şəhər xəritədən silinib", Poroşenko

Atəşkəs faktiki olaraq kağız üzərində qalıb, çünki strateji Debaltsevo şəhəri ətrafında 50 dəfə pozulub.

225284
"Şəhər xəritədən silinib", Poroşenko

   ABŞ Dövlət Katibliyinin verdiyi məlumata görə, son 5 gün içində Rusiya tərəfdarları Ukrayna ordusuna aid 250 nöqtəyə hücum ediblər.

  NATO-nun Avropadakı Qüvvələrinin komandiri general Filip Bridlav (Philip Breedlove) "Ukraynada atəşkəsin yalnız adı var. Sanki burada atəşkəs heç başlamayıb" deyib.

  Atəşkəsi bağlayan Almaniya, Fransa və Rusiya liderləri cümə axşamı günü Ukrayna prezidenti  Poroşenko ilə dördlü bir telefon danışığı reallaşdırıblar. Və hər bir ölkə atəşkəsin tam tətbiq olunmasını və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in müşahidəçilərinin bölgəyə gəlməsinin təmin edilməsini istədiklərini bildiriblər.

  Amma “Ağ Ev” Rusiyanın və Rusiya tərəfdarlarının öhdəliklərini yerinə yetirmədiklərini və zorakılığı davam etdirdiklərini nəzərə çatdırıb.

  Atəşkəsə baxmayaraq, bölgədən ağır silahların da çəkilmədiyi söylənilib. Ancaq Ukrayna ordusu Debaltsevodan hərbi qüvvələrinin 90 faizini çəkdiyini bildirib.

  Bu günlərdə Ukrayna əsgərlərinin 13-ü ölüb, 157-i yaralanıb, çəkilmə əsnasında 90-ı əsir alınıb və 82-i itkin düşüb.

  Ukrayna prezidenti Poroşenko deyib: “Rus ordusunun dəstəyilə Rusiya tərəfdarlarının Debaltsevoya etdiyi hücumlardan "şəhər xəritədən silinib".

  Bu günlərdə Rus hökuməti Rusiya tərəfdarlarının nəzarətində olan bölgələrə təbii qaz verməyə başlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr