"Afinanın təklifi həll yolunda düzgün addım deyil"

Avrozonanın maliyyə nazirləri Yunanıstanla yaşanan borc problemini həll etmək üçün 10 gün ərzində 3-cü dəfədir ki, bir araya gəliblər.

225370
"Afinanın təklifi həll yolunda düzgün addım deyil"

  Ölkədə illərdir tətbiq olunan “kəmər sıxma” proqramına son verilməsini tələb edən Afina “qurtarma paketi”nin yerinə yalnız borc proqramının 6 aylıq uzadılmasını istəyib və bugünkü kritik yığıncaqda bildirib: "Təbii ki, Avrozonanın qarşısında iki variant var: qəbul etmək və ya etməmək".

  Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya vaxt uzatmanın “kəmər sıxma” və islahat proqramlarına təsir edəcəyindən narahatlığını ifadə edib. Berlin verdiyi şərhdə bildirib: "Afinanın təklifi həll yolunda düzgün addım deyil, qeyri-kafidir".

  Almaniyanın baş naziri Angela Merkel Yunanıstanın baş naziri Aleksis Çiprasla telefonda danışıb.

  Amerika Birləşmiş Ştatları də prosesi yaxından təqib edir. Rəsmi Washington bildirib ki, “Qlobal iqtisadiyyatı nəzərə alaraq uzlaşma təmin edilməli, hər iki tərəf güzəştə getməlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr