Ukraynada təzyiq düşmək bilmir

Ukraynada təzyiq düşmək bilmir

222770
Ukraynada təzyiq düşmək bilmir

  Atəşkəs elan olunmasına baxmayaraq, Ukraynanın şərqində Debaltsevoda son bir neçə gün içində olan döyüşlərdə 22 Ukrayna əsgəri ölüb, 150-i yaralanıb.

  Ukrayna dövlət başçısı Petro Poroşenko Debaltsevodan çıxarılan Ukrayna əsgərlərini Artemiddə ziyarət edib.

  2 min 459 Ukrayna əsgəri və 200-dən çox hərbi vəsait də Debaltsevodan çıxarılıb, şəhər faktiki tərk edilib.

  Qeyd edək ki, Debaltsevo iki böyük şəhər - Donetsk və Luqansk arasında körpü funksiyasını daşıyır və buna görə bölgədə strateji əhəmiyyətə malikdir. Eyni zamanda, Debaltsevo qərbə uzanan quru və dəmiryollarının üzərindədir.

  Ukraynada tərəflər arasında bazar günü imzalanan atəşkəs razılaşmasına baxmayaraq, Rusiya tərəfdarlarının şəhərə hücumları səngilmir. Ukrayna yenə BMT-yə müraciət etməyi qərarlaşdırıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr