Ukraynada atəşkəsə baxmayaraq qarşıdurmalar davam edir

Ukraynada atəşkəsə baxmayaraq qarşıdurmalar davam edir

221388
Ukraynada atəşkəsə baxmayaraq qarşıdurmalar davam edir

  Ukraynada mərkəzi rəhbərliklə Rusiya tərəfdarları arasındakı atəşkəs böyük ölçülü silahları susdurdu, ancaq strateji Debaltseve qəsəbəsində qarşıdurmalar hələ də davam edir. Rusiya tərəfdarları şəhərin bir hissəsini ələ keçiriblər.

  Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in müşahidəçiləri Debaltseveye girə bilmir.

  Qəsəbədə qarşıdurmaların hələ də davam etməsindən narahat olan BMT Təhlükəsizlik Şurası tərəfləri atəşkəsə riayət etməyə və ATƏT-in müşahidəçilərinin atəşkəs bölgəsinə girməsinə imkan verilməsinə çağırıb.
  Eyni zamanda, BMT Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etdiyini bir daha dilə gətirib.

  Macarıstan səfərində olan Rusiya dövlət başçısı Vladimir Putin isə deyib: "Ukraynadakı böhran ancaq mərkəzi Kiyev rəhbərliyi problemi sülh şəklində həll etməyə qərar verərsə, bitər". Putin həm də Ameria Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardım etdiyini iddia edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr