İŞİD-ın öldürdüyü 21 nəfərin misirli xristian olduğu açıqlandı

İŞİD-ın öldürdüyü 21 nəfərin misirli xristian olduğu açıqlandı

263453
İŞİD-ın öldürdüyü 21 nəfərin misirli xristian olduğu açıqlandı

  Ötən aylar İŞİD Liviyada qaçırdığı 21 nəfərin qətlini göstərən video yaymışdı. Bir neçə dəqiqəlik video görüntüdə qara paltarlı adamların önündə narıncı geyimli bir qrupun sahilə doğru gəldiyi görünür. Aralarından fərqli geyinən bir adam çıxır, ingiliscə çıxış edir və sonra girovları vəhşicəsinə qətl edir.

  Videoda misirlilərin öldürüldüyü yer olaraq Liviyanın paytaxtı Tripoli şəhərinin sahili görünür.

  Misir Ortodoks Kilsəsinin katibi Poules Halim “Misir Eş-Şarkul Avsat” xəbər agentliyinə verdiyi açıqlamada video-görüntüdə boğazı kəsilən şəxslərin Liviyada qaçırılan 21 kıptiler, yəni misirli xristian olduğunu bildirib. Misirdə 7 gün yas elan edilib.

  Televiziyadan xalqa səslənən Misir prezidenti Abdul Fəttah əs-Sisi “"Misir tez bir zamanda bunun cavabını verəcək və bu qatillərdən qisas hüququmuzu alacağıq" deyib.      

  “Ağ Ev”dən edilən şərhdə də, Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya üzrə nümayəndəsi Bernardino Leonun çıxışında da Liviyada qarşıdurmaların təcili olaraq siyasi həll yolunun tapılmasını istədiklərini bildiriblər. İtaliya isə artıq tədbir alaraq Liviyadakı səfirliyini bağlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr