Danimarkada terror törətmək istəyənin kimliyi məlum oldu

Danimarkada terror törətmək istəyənin kimliyi məlum oldu

219394
Danimarkada terror törətmək istəyənin kimliyi məlum oldu

  Paytaxtı Kopenhagendə əvvəl bir konfransı basan, sonra sineqoq binasına atəş açan adamın kimliyi təyin edildi. İki adamın ölümünə səbəb olan bu adam Danimarkada doğulub, adı Ömər Əbdül Həmid əl Hüseyndir. 22 yaşı var. Onun “brothas” adlı təşkilata üzv olduğu və bıçaqlı hücum səbəbindən həbsdə yatdığı, iki həftə əvvəl azad edildiyi açıqlanıb.

  Hal-hazırda hücumların təşkilat əlaqəli olub-olmadığı araşdırılır.

  Xatırladaq ki, Kopenhagendə dünən gecə din və ifadə azadlığı mövzusunda olan konfransa silahlı hücum olub, Danimarkalı film rejissoru Finn Norgaard ölüb, üç polis yaralanıb. Bundan sonra isə şəhərin ən böyük sinaqoquna açılan atəş nəticəsində Danimarka vətəndaşı olan bir yəhudi ölüb və iki polis yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr