İsrailin təzyiqi istefaya səbəb oldu

İsrailin təzyiqi istefaya səbəb oldu

208167
İsrailin təzyiqi istefaya səbəb oldu

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında Qəzza döyüşlərini araşdırmaqla bağlı yaradılan Komissiyanın sədri təzyiqlərə dözməyərək istefa verib.
Komissiyanın kanadalı başçısı Vilyam Şabas (William Schabas) İsrailin keçən yay Qəzzaya hücumunda törədilən döyüş günahlarını araşdırmaqla məşğul idi.
Xatırladaq ki, bu hadisədə əksəriyyəti uşaq olmaqla 2 min 200-dən çox fələstinli öldürülmüş, vətəndaşların sığındığı BMT məktəbləri belə bombalanmış və Qəzzanın altı üstünə çevrilmişdi. Üstəlik, israilli snayperlər ictimai mediada öldürdükləri fələstinli uşaqların sayı ilə də öyünmüşdülər.
Bütün bunlarla belə, Qəzza Komissiyasını tərəf tutmaqda günahlandıran İsrailin Baş naziri Benyamin Netanyahu BMT-də Qəzza hadisələrini araşdırmaqdan imtina edilməsini istəyib və nəticə sədrin istefasına gətirib-çıxarıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr